Somalidə kamikadze partlayış törədib, 65 nəfər ölüb

Somalidə kamikadze partlayış törədib, 65 nəfər ölüb

4 Oktyabr 2011 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

Somalidə kamikadze partlayış törədib. Partlayış paytaxt Moqadişoda müxtəlif dövlət müəssisələri, həmçinin hökumət başçısının qərargahı, xarici işlər nazirliyi və bir neçə ofisin yerləşdiyi kompleksin giriş darvazasında törədilib. Nəticədə 65 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Partlayışa görə məsuliyyəti əl-Qaidə ilə əlaqəsi olan əl-Şabab islamçı qruplaşma öz üzərinə götürüb. Qruplaşmanın bəyanatında bildirilir ki, hücum zamanı hədəf nazirliklərdən biri olub.

Terror bəşəriyyətin ən böyük bəlalarından biridir. Bu bəlaya qarşı hamı birlikdə mübarizə aparmalıdır.

Tofiq Əliyev

O.M.