Prezidentin Astara səfəri davam edir

Prezidentin Astara səfəri davam edir

15 Aprel 2011 17:02
984
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Astara qaz-kompressor stansiyasının açılışında iştirak edib. Dövlət başçısı stansiyanın fəaliyyəti ilə yaxından tanış olub və müəssisəni işə salıb.

Qeyd edək ki, tikinti işləri ARDNŞ-in "Neft qaz elmi tədqiqat layihə" İnstitutunun layihəsi əsasında "Azəriqaz" İstehsalat Birliyinin sifarişi ilə "Neft qaz tikinti " Tresti tərəfindən həyata keçirilib. Stansiyada 108 nəfər daimi işlə təmin olunub.

Daha sonra Prezident İlham Əliyev Astarada Gənclər Evinin açılışında da iştirak edib.

Prezident İlham Əliyev Astara şəhərinin Heydər Əliyev prospektində yaradılmış Dövlət Bayrağı Meydanı ilə də tanış olub.

Meydanda ucaldılan 65 metr hündürlüyündə Dövlət Bayrağının tikinti işi ilə maraqlanıb.

Prezident Astara Gömrük İdarəsində yaradılmış şəraitlə də tanış olub və müvafiq göstərişlər verib. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev görülən işlər barəsində dövlət başçısına məlumat verib.

O.M.