Yaxın günlərdə Afrikadakı uşaqlar kütləvi halda öləcəklər

Yaxın günlərdə Afrikadakı uşaqlar kütləvi halda öləcəklər

4 Oktyabr 2011 15:54
Bəyəndim (0) Bəyənmədim (0)
BMT "alarm" yandırdı

BMT-nin Uşaqlara yardım Fondu (UNICEF) xəbərdarlıq etdi: Afrikada uşaqlar kütləvi halda ölə bilər! UNİCEF-in prezidenti Entoni Leyk alman xəbər agentliyinə verdiyi açıqlamada bildirdi ki, Afrikadakı uşaqlar kifayət qədər bəslənmədikləri üçün kütləvi halda ölə bilərlər: "Uşaqlara yemək yardımı gəlməsə, gələcək həftələrdə onlar tələf olacaqlar. Hazırda tarix boyu misli görülməmiş insanlıq faciəsi orada yaşanır".

Bölgədə uşaqlara qida yardımı çatdırmaq sahəsində demək olar ki, zamanla mücadilə edilir. Yağışların başlanması ilə qızılca və xolera - digər keçici xəstəliklər uşaqların ölüm fərmanını "imzalayırlar". BMT-nin təxmininə görə, Afrikadakı aclıq 13 milyon insana təsir göstərir. Sadəcə Somalidə 200 mindən artıq uşaq ölümlə savaşır, 450 min uşaq kifayət qədər qida qəbul edə bilmir. Ötən aylarda yarısı uşaq olmaqla on minlərlə insan tələf oldu.

Bir yetimi, başını əymiş, düşüncəli və kədərli gördüyün zaman, öz uşağının üzünü öpmə.

Günel Həbib

O.M.