Qəzetin cəmi 30 il ömrü qalıb

Qəzetin cəmi 30 il ömrü qalıb

4 Oktyabr 2011 15:42
Bəyəndim (0) Bəyənmədim (0)
2040-cı ildə onu rəqəmsalları əvəz edəcək

Birləşmiş Millətlər Təşkilatına bağlı Dünya İntellektual Mülkiyyət Təşkilatına görə, qəzetlərin cəmi-cümlətani 30 il ömrü qalıb. Belə ki, 2040-cı ildə onları rəqəmsalları əvəz edəcək. Direktor Françis Qari İsveçrədə çap olunan " La Tribune de Geneve" qəzetinə müsahibə verib: "Bir neçə ildən sonra bugünkü qəzetlərdən əsər-əlamət qalmayacaq. Bu bir təkamüldür. Pis və ya yaxşı... Qəzetlər 2040-cı ildə qeybə çıxacaq. Bu hadisənin Amerikada 2017-ci ildə baş tutacağı güman edilir". Bunun qaçılmaz bir təkamül olduğunu, ABŞ-da artıq kitabçıların qalmadığını və kitab yerinə rəqəmsal kitabların satıldığını bildirən Qari redaktorların məqalələri yazanlara qonorar ödəmək üçün pul tapmayacağını da əlavə etməyi unutmayıb.

Göründüyü kimi, elm və texnikanın yüksək inkişafı heç də həmişə müsbət dəyişikliklər yaratmır.

Günel Həbib

O.M.