Türkiyə ilə viza ləğv olunub

Türkiyə ilə viza ləğv olunub

15 Aprel 2011 16:49
954
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün axşam saatlarından etibarən Türkiyə vətəndaşları Rusiyaya vizasız gedə biləcəklər.

Soyuq müharibədən sonra ilk dəfədir ki, Türkiyə ilə Rusiya münasibətlərində bu səviyyədə istiləşmə müşahidə olunur.

2010-cu ildə bağlanan müqavilə bu gündən qüvvəyə minib. Yeni qaydalara əsasən türkiyəli vətəndaşlar və eyni zamanda rusiyalı vətəndaşlar qarşı tərəfdə 1 ay müddətində vizasız yaşama hüququ əldə edirlər.

Qeyd edək ki, Türkiyəyə ən çox turist axını Rusiyadan olur. Vizanın ləğvi iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyon dollara qalxmasına səbəb olacaq.

Türk və Rus rəsmiləri baş verə biləcək hər hansı bir problemi aradan qaldırmaq üçün vətəndaşlarından həmin ölkədəki səfirlik və konsulluğa müraciət etmələrini xahiş ediblər.

Əgər əvvəllər rus turistləri Türkiyə kurortlarına axın edirdilərsə, indi türk erkəkləri qışı rus matryoşkalarının yanında keçirəcəklər.


Elvin Babayev


O.M.