“Kamaz” qəza törətdi, bir nəfər öldü

“Kamaz” qəza törətdi, bir nəfər öldü

4 Oktyabr 2011 13:07
1 283
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan rayonunun Qızılağac kəndi ərazisində Masallı rayon sakini Fuad Quliyevin idarə etdiyi "QAZ-2705" markalı və Salyan rayon sakini İsmayıl Hüseynovun idarə etdiyi "Kamaz" markalı avtomaşınlar toqquşub. Xəsarət almış F.Quliyev və sərnişini Elməddin Ağayev xəstəxanaya yerləşdirilmişlər. F.Quliyev orada ölmüş, E.Ağayevin vəziyyəti isə orta-ağırdır.

Heç kəs qəzadan sığortalanmayıb. Buna baxmayaraq, hər zaman ehtiyatlı olmaq lazımdır.

Tofiq Əliyev

O.M.