Bakıda əlbəyaxa döyüş üzrə dünya çempionu bıçaqlanıb

Bakıda əlbəyaxa döyüş üzrə dünya çempionu bıçaqlanıb

4 Oktyabr 2011 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda dünya çempionu bıçaqlanıb. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Dünya çempionu Çıraqov Bəhruz Həsən oğlu idmançı yoldaşı Elnur Yavər oğlu Mehdiyev tərəfindən bıçaqlanıb. 13 bıçaq xəsarəti alan B. Çıraqov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törədən E. Mehdiyev saxlanılıb. Hadisənin şəxsi münasibətlər zəmində baş verdiyi bildirilir. Qeyd edək ki, hadisə zamanı bıçaqlanan B. Çıraqov əlbəyaxa döyüş üzrə dünya çempionu, "Məhəmməd Əli" idman klubunun baş məşqçisidir.

Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et.

Tofiq Əliyev

O.M.