“VAZ 2107” çaya aşdı, sürücü öldü

“VAZ 2107” çaya aşdı, sürücü öldü

4 Oktyabr 2011 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən saat 18:30 radələrində Göygöl rayonunun Qızılca kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qızılca kənd sakini, 1986-cı il təvəllüdlü Ramin Lətif oğlu Hüseynov 20-CJ-192 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobili Gəncə-Daşkəsən yolunun Qızılca kəndi ərazisindən keçən hissəsində idarə edərkən çaya aşırıb. Qəza nəticəsində avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun sərnişini - 1988-ci il təvəllüdlü Pərvanə Saməddin qızı Hüseynova isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar araşdırma aparılır.

Sürmə 100, yaşa 100.

Fərid Qurbanov

O.M.