Vakant dövlət qulluğu vəzifələrinə müsabiqə və müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinə müsabiqə və müsahibə elan edilib

4 Oktyabr 2011 11:25
1 909
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqə və ümumi müsahibə elan edilib. Müsabiqəyə 73 dövlət orqanından 363 vakant vəzifə üzrə 456 vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar namizədliklərinin qeydə alınması üçün oktyabrın 4-dən noyabrın 3-dək 30 gün müddətində Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) internet saytı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Ümumi müsahibəyə isə 10 dövlət orqanından 78 vakant vəzifə üzrə 79 vakant yer çıxarılıb. Ümumi müsahibəyə çıxarılan yerlər arasında 3 məhkəmə orqanından 3 vakant yer də var. Qeyd olunub ki, ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar 20 gün müddətində oktyabrın 24-dək namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən və ya poçt vasitəsilə Komissiyaya müraciət etməlidirlər.

Hər kəsə uğurlar arzulayırıq.

Tofiq Əliyev

O.M.