İsmayıllıda yol qəzasında 1 nəfər öldü

İsmayıllıda yol qəzasında 1 nəfər öldü

4 Oktyabr 2011 10:43
1 117
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllı rayonunun Tircan kəndi ərazisində yol qəzası baş verib. Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Qurbanov Elşən Volodya oğlunun idarə etdiyi 90-KU-721 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil qarşı tərəfdən gələn, İsmayıllı rayonunun Quşencə kənd sakini, 1952-ci il təvəllüdlü Mustafayev Sovet Hacıəhməd oğluna məxsus 10-GN-309 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, "VAZ 2107"nin sərnişini, 1980-ci il təvəllüdlü Vəliyev Rahim Vəli oğlu dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sürət məsafəni yox, ömrü qısaldır.

Tofiq Əliyev

O.M.