Kosovo Respublikası da 2 hissəyə bölünə bilər

Kosovo Respublikası da 2 hissəyə bölünə bilər

4 Oktyabr 2011 08:55
Bəyəndim (0) Bəyənmədim (0)
Yeni dövlətin baş naziri bunun tam əleyhinədir

Yeni yaranmış və bir çox dövlətlər tərəfindən hələ tanınmamış Kosovo Respublikası 2 hissəyə parçalanmaq üzrədir. Belə ki, ölkənin şimalında etnik serblər yaşayır ki, onlar da Kosovonun yenidən Serbiyaya birləşməsini tələb edirlər. Rusiyanın ИТАР-ТАСС xəbər agentliyinin səhər saatlarında yaydığı xəbərdə bildirilir ki, bazar ertəsi axşamı Priştine şəhərində çıxış edən Kosovo baş naziri Haşim Taci problemin tezliklə həll ediləcəyini və Serbiya ilə Kosovo arasında mübahisələrə birdəfəlik son qoyulacağını bəyan edib. Baş nazir onu da bildirib ki, serblərə heç bir muxtariyyət və ya beynəlxalq idarə üsulu verilməyəcək. Çünki bunu "Axtisaari planı" nəzərdə tutmur. Xatırladaq ki, həmin gün Belqradda çıxış edən Serbiya Xarici İşlər naziri İvitsa Daçiç mövcud problemin Kosovonun 2 hissəyə bölünməsində gördüyünü demişdi. Onun fikrincə Kosovo serblər və albanlar arasında parçalanmalıdır.

Avropa ölkələri birləşsələr də, onun mərkəzində yerləşən Yuqoslaviya parçalara bölünür. Bu da ikili Qərb standartının növbəti nümunəsi...

Hafiz Əhmədov

O.M.