Tailandda daşqın 215 nəfərin ölümünə səbəb oldu

Tailandda daşqın 215 nəfərin ölümünə səbəb oldu

4 Oktyabr 2011 08:30
1 038
Bəyəndim (0) Bəyənmədim (0)
Ölkə sulara qərq olmaq üzrədir

Tailandda daşqın nəticəsində 215 nəfər həyatını itirib. Bu barədə Rusiyanın ИТАР-ТАСС xəbər agentliyinin bölgə müxbiri səhər saatlarında xəbər verir. İyulun sonundan başlayan təbii fəlakətdə zərərçəkmişlərin sayı 2.5 milyon nəfərədək yüksəlib. Ölkənin təbii fəlakətlər departamentinin bildirdiyinə görə, torpaq sürüşməsi nəticəsində 123 magistral yol sıradan çıxıb, 1.2 milyon hektar kənd təsərrüfatı ərazisi su altında qalıb. Hal-hazırda 25 əyalətin 179 dairəsi suya təslim olub. İyulda şiddətli yağışlarla başlayan, avqustda Nok-Ten tropik qasırğası ilə müşayiət olunan təbii fəlakətdə ölkənin 77 inzibati ərazisindən 57-si məhv olub. Ölkənin təbii fəlakətlər departamenti xəbərdar edir ki, çərşənbə günü Vyetnama çatacaq olan yeni Nalqay qasırğası cümə axşamı Tailandın şimalını cənginə alacaq.

Hələlik Banqkok bələdiyyəsi şimaldan axan Çao Praya çayının qarşısını ala bilir. Bununla belə paytaxtın Banqkaye və Minburi hissələri təbii fəlakət zonaları elan edilib.

Su aydınlıq olsa da, suyun şıltaqlığının səbəbi aydın deyil...

Hafiz Əhmədov

O.M.