Paytaxtda zəncirvarı yol qəzası baş verib

Paytaxtda zəncirvarı yol qəzası baş verib

3 Oktyabr 2011 16:54
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Nərimanov rayonu, Teymur Əliyev küçəsi - 25a ünvanında zəncirvarı yol qəzası qeydə alınıb. "Mercedes" markalı iki avtomobil "Hyundai" və "Toyota" markalı maşınlarla toqquşub. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı Nərimanov rayon Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Sürücülər yola çıxarkən unutmamalıdırlar ki, onların yolunu gözləyən var.

Tofiq Əliyev

O.M.