Sahibkarlarımıza dəstək davam edir

Sahibkarlarımıza dəstək davam edir

15 Aprel 2011 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Tovuz rayonunda keçirib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 300-dək sahibkar iştirak edib.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş "Premyer" MMC-nin Tovuz rayonundakı tutumu 1,5 min ton olan müasir soyuducu anbar kompleksində aparılan tikinti işlərinə baxış keçirilib.


Daha sonra rayonun yerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla regionda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə müzakirələr aparılmışdır.

Həyatın bütün sahələrində korrupsiya birdəfəlik yığışdıqdan sonra inkişafın tempi daha da sürətlənəcək.

Hafiz Əhmədov

O.M.