İran ayağı qırıldı deyə, atın başını kəsdi

İran ayağı qırıldı deyə, atın başını kəsdi

3 Oktyabr 2011 13:02
1 018
Bəyəndim (0) Bəyənmədim (0)

İran mediasında yer alan xəbərə görə, ötən cümə günü keçirilən at yarışlarında bir atın ayağı burxuldu və o, yerə yıxıldı. Yaxşıca müayinə olunan atın ön ayağına yad cismin batdığı və ayağının qırıldığı ortaya çıxdı. İppodrom səlahiyyətliləri onun öldürülməsinə qərar verdi. Ancaq heyvan adət-ənənəyə uyğun olaraq deyil - başı kəsilərək öldürüldü. Heyvana qarşı bu cür münasibət tənqidlərə və böyük müzakirəyə yol açdı. Olayla bağlı aparılan araşdırmadan sonra bəlli oldu ki, qərb və mədəni ölkələrdə bu cür hadisələr zamanı heyvanlar müalicə olunurlar.

Heyvanı qulağından tanıyarlar, insanı əməlindən.

Günel Həbib

O.M.