Somali prezidenti "Həyat" düşərgəsinə baş çəkdi

Somali prezidenti "Həyat" düşərgəsinə baş çəkdi

3 Oktyabr 2011 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Somali prezidenti Şeyx Şərif Əhməd paytaxt Moqadişuda türklər tərəfindən qurulmuş çadırları ziyarət etdi. "Həyat" adlı düşərgəyə əsası və əsgər uniforması ilə gələn lideri Türk Qızıl a Ayparanın səlahiyyətliləri qarşıladılar. Düşərgə ilə bağlı məlumat alan Əhməd daha sonra insanlara paylanacaq qida paketlərini nəzərdən keçirtdi. Prezident, "Türk xalqının bizə köməyi böyük oldu. Bizlər də Türkiyədən gələrək, burada yardım fəaliyyətinə başlayan heyətə heç bir köməyimizi əsirgəməyəcəyik", - dedi. Xatırladaq ki, düşərgədə hər gün çadırların sayı artmaqdadır.

Toxun da acdan xəbəri oldu.

Günel Həbib

O.M.