Vegeterianlar 10 gün boyunca ruhlardan bu cür təmizlənirlər

Vegeterianlar 10 gün boyunca ruhlardan bu cür təmizlənirlər

3 Oktyabr 2011 11:49
1 153
Bəyəndim (0) Bəyənmədim (0)
Festivalda insanlar özlərini ruhlardan təmizləyirlər

Taylandın Fuket adası hər il olduğu kimi, bu il də Vegeterian Festivalının rəngli görüntülərinə ev sahibliyi edir. Çin təqviminin doqquzuncu ayında qeyd edilən festival ərzində ada sakinləri 10 günlük dietaya oturur. Və sadəcə bitkilərlə qidalanaraq, özlərini pis ruhlardan uzaqlaşdırdıqlarına inanırlar. Festival boyunca turistlərin diqqətini çəkən ən maraqlı ritual isə dindarların ruhlarını təmizləmək məqsədi ilə vücudlarına silah, dəmir çubuqlar keçirərək, özlərinə əziyyət etmələridir. Ən çox əziyyəti kim çəkirsə, onun da ruhlardan daha çox təmizləndiyinə inanılır.

Günel Həbib

O.M.