Rezidenturaya sənəd verənlərin 37-si dövlət imtahanından keçməyənlərdir

Rezidenturaya sənəd verənlərin 37-si dövlət imtahanından keçməyənlərdir

30 Sentyabr 2011 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda rezidenturaya qəbul imtahanlarında iştirak üçün müraciət edən 37 nəfər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali məktəblərə qəbul olunmayanlardır. Bunu TQDK sədri Məleykə Abbaszadə bildirib.

TQDK sədrinin sözlərinə görə, həmin şəxslər müxtəlif yollarla müxtəlif xarici ölkələrin ali məktəblərindən Beynəlxalq Universitet və Odlar Yurdu Universitetinə qəbul olunublar: "Onlardan heç biri 100 baldan yuxarı nəticə göstərməyib. Müsabiqədə həmin şəxslərdən 7-si iştirak edirdi. Çünki 70 baldan yuxarı nəticə göstərmişdi. Amma onlar müsabiqədən keçmədilər. Xəzər, Beynəlxalq, Odlar Yurdu universitetlərinə TQDK xətti ilə qəbul olunan məzunların nəticələri də o qədər yüksək deyildi. Onların arasında 100 baldan yuxarı nəticə göstərən 5-6 nəfər olub. İmtahanda əsas nəticə göstərənlər Azərbaycan Tibb Universitetinin məzunlarıdır".

Elmi beşikdən məzaradək öyrənin. (Məhəmməd Peyğəmbər)

Tofiq Əliyev

O.M.