BMT: Haitinin təcili beynəlxalq yardıma ehtiyacı var

BMT: Haitinin təcili beynəlxalq yardıma ehtiyacı var

30 Sentyabr 2011 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Baronessa Amos donor ölkələrə ötən ilin əvvəlində güclü zəlzələdən zərər çəkmiş Haitidə yoxsulluq içində olan sakinlərin vəziyyətini unutmamaqla bağlı müraciət edib. Haitinin paytaxtı Port-o-Prensə baş çəkən Baronessa Amos bildirib ki, bir çox humanitar təşkilatlar tədricən pisləşən maliyyə problemləri ilə əlaqədar Haitidə fəaliyyəti dayandırmalı olub. BMT rəsmisi onu da qeyd edib ki, hazırda əsas məsələ ötən il 6 mindən çox vətəndaşın ölümünə səbəb olmuş vəfa epidemiyasının yenidən baş qaldırmasına yol verməməkdən ibarətdir. Qeyd edək ki, hazırda Haitidə çadır düşərgələrində 600 mindən çox insan yaşayır.

Toxun da acdan xəbəri oldu.

Fərid Qurbanov

O.M.