Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib

Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib

30 Sentyabr 2011 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 112-ci kilometrliyində, Şamaxı rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib. Bakının Yasamal rayonunda yaşayan, 1970-ci il təvəllüdlü Sadıqova Rəhilə Xancan qızı İsmayıllı rayonundan Bakıya gedərkən idarə etdiyi 90 HJ 748 dövlət nömrə nişanlı, "Nissan X-Trail" markalı minik avtomobilini aşırıb. Hadisə nəticəsində sürücü R. Sadıqova, onun anası Bakı sakini, 1941-ci il təvəllüdlü Bağırova Cəmilə Məhəmməd qızı və İsmayıllı sakini, 1983-cü il təvəllüdlü Sadıqov Abbas Mirələkbər oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. C. Bağırova bu gün dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.