Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanıb

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanıb

30 Sentyabr 2011 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsi ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə start verilib. APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, namizədlərin irəli sürülməsi prosesinə bu gündən başlanılıb. Bələdiyyə üzvlüyünə namizədləri seçki dairəsinin ərazisində daimi yaşayan aktiv seçki hüququ olan Azərbaycan vətəndaşları, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər. Ümumilikdə 330 bələdiyyə üzrə 464 yerə bələdiyyə seçkisi noyabrın 30-da keçiriləcək. Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.

Tofiq Əliyev

O.M.