İnsan uzunluğunda balqabaq bitdi

İnsan uzunluğunda balqabaq bitdi

30 Sentyabr 2011 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə bir əkinçinin tarlasında yetişdirdiyi balqabaq haradasa normal bir insan boyundadır. Hüseyn Filizkıran jurnalistlərə verdiyi müsahibəsində əkdiyi balqabaq toxumlarının sürətlə böyüdüyünü və içlərindən birinin isə durmadan inkişaf etdiyini söyləyib və əlavə edib ki: "Əvvəlcə onu qopartmağa qıymadım. Lakin artıq uzunluğu 1.75 sm-ə çatınca, nəhayət onun kökünü torpaqdan ayırdım. İnternetdə araşdırma apardım. Bəlli oldu ki, balqabaq bu və daha böyük uzunluqda ola bilir. Onu yemək də insana sağlamlığına heç bir ziyan vurmur. Hazırda bu balqabağın toxumundan götürmüşəm ki, gələn il də əkim". Uzun balqabağın kiloqramı yerli pulla 1 manatdan satışa çıxarılıb.

Günel Həbib

O.M.