Türkiyə təhlükəsizlik qüvvələri PKK terrorçuları ilə toqquşub

Türkiyə təhlükəsizlik qüvvələri PKK terrorçuları ilə toqquşub

30 Sentyabr 2011 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında baş vermiş toqquşmada üç türk hərbiçisi yaralanıb. Pusqu qurmuş terrorçular bölgədən keçən polis maşınına avtomat silahdan atəş açıblar. Türk əsgərləri cavab atəşi açıblar. Bölgədə olan digər hərbi hissələr terrorçuların mövqelərini top atəşinə tutublar. Terrorçulara qarşı əməliyyatda vertolyotlardan istifadə olunur. Yaralı əsgərlər Şırnak dövlət xəstəxanasına çatdırılıb.

Terror bəşəriyyətin ən böyük bəlalarından biridir. Terrorla mübarizədə bütün dünya ölkələri birləşməlidir.

Tofiq Əliyev

O.M.