26 Ştat Barak Obamanı məhkəməyə verib

26 Ştat Barak Obamanı məhkəməyə verib

29 Sentyabr 2011 21:06
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ rəhbərliyi isə Atlant məhkəməsindən apelyasiya şikayəti verib

Rusiyanın "Vedomosti" informasiya portalının məlumatına görə, ABŞ-ın 26 ştatı və Müstəqil biznes milli federasiyası ölkədə tibbi islahatlara təkan verən qanunun dayandırılması üçün Ali məhkəməyə müraciət ediblər. Onlar qanunun bütövlükdə dayandırılmasının tərəfdarıdırlar. Yeni qaydalara görə hər bir ABŞ vətəndaşı icbari qaydada şəxsi tibbi sığorta kartı əldə etməlidir. Şikayətçilər məhkəmənin 2012-ci il seçkilərinə qədər qərar çıxarmasını təkid edirlər. Florida, Alabama, Alyaska, Arizona, Kolorado, Corciya, Aydaho, İndiana, Ayova, Kanzas, Luiziana, Men, Miçiqan, Missisipi, Nebraska, Nevada, Şimali Dakota, Ohayo, Pensilvaniya, Cənubi Karolina, cənubi Dakota, Texas, Yuta, Vaşinqton, Viskonsin, Vayominq ştatları məcburi fərdi sığortanın əleyhinədirlər. ABŞ rəhbərliyi isə öz növbəsində yeni qanunun fəaliyyətini dayandıran Atlant məhkəməsindən apelyasiya şikayəti verib. Xatırladaq ki, yeni qanun Barak Obama tərəfindən ötən seçkiqabağı platformada təqdim olunub. Bununla da prezident vətəndaşların müalicə və müayinəsi üçün nəzərdə tutulan hökumət xərclərini ixtisara salmağı nəzərdə tutub.

Bizim atalarımız ingiliscə bilməsələr də, yaxşı deyiblər: "Keçi can hayında, qəssab piy axtarır".

Hafiz Əhmədov

O.M.