Bolqarıstanda meri eşşək əvəz edəcək?

Bolqarıstanda meri eşşək əvəz edəcək?

29 Sentyabr 2011 17:10
Bəyəndim (0) Bəyənmədim (0)
Varna şəhərinin meri postuna namizədlər arasında eşşək də var

"Daily Mail" bildirir ki, Bolqarıstanın Varna şəhərinin meri postuna keçirilən seçkilərdə namizədlər arasında Marko adlı eşşək də var.

Markonun namizədliyini "Cəmiyyət Yeni Bolqarıstan Uğrunda" Partiyası irəli sürüb. "Yerli sakinlər indiki mer Kiril Yordanovdan narazı olduqları üçün Markonun namizədliyi irəli sürülüb", - varnalı jurnalist Emili Allen deyir. Mer postunda qalmaq istəyən Yordanov eşşək Marko ilə seçkiqabağı debatlara qatılmaqdan qətiyyətlə imtina edərək "Bu, sarsaq işdir!" deyib. "Tamamilə doğrudur! Özünüz düşünün: belə vicdansız və rüşvətxor siyasətçi ilə bir səhnədə durmaq Markonun xoşuna gələrmi?!" - eşşək Markonun seçki qərargahının rəhbəri Anqel Dyakonov söyləyib. Varna meri postuna seçkilər oktyabrın 23-də keçiriləcək.

Bu heç də təəccüblü deyil. Onsuz da bir çox şəhərlərin meri eşşəkdir.

Günel Həbib

O.M.