Qəddafinin qızı dünyaya səsləndi

Qəddafinin qızı dünyaya səsləndi

15 Aprel 2011 13:13
1 195
Bəyəndim (0) Bəyənmədim (0)

Muammər Qəddafinin qızı Aişə Qəddafi dünyaya sərt mesaj verib. Belə ki, o, dünən koalisiya qüvvələrinin "Biz Qəddafisiz bir Liviya görmək istəyirik" sözlərinə cavab verib.

Aişə Qəddafi verdiyi açıqlamada beynəlxalq ictimaiyyətin atasının iqtidarı tərk etməyini istəməsini, " Bu Liviya xalqı üçün alçaldıcı bir istəkdir", - deyə qiymətləndirib.

Liviyanın paytaxtı Trablus şəhərində Qəddafinin evinə gəlmiş 100-ə qədər iqtidar tərəfdarı gəncin qarşısında çıxış edən Aişə, "Qəddafinin getməsindən danışmaq , Liviya xalqını təhqir etməyə bərabərdir", - deyib.

Hüquq elmi üzrə araşdırma aparan və professor dərəcəsinə yüksələn Aişə Qəddafi nitqində "Mülkü vətəndaşları qorumaq məqsədi ilə atamı öldürmək istəyirsiniz. Amma siz hansı mülkü vətəndaşlarından danışırsınız? Əllərində avtomat, qumbara, və ya raketlər olan mülkü vətəndaşlardan - üsyançılardan ?" fikirlərini söyləyib.

Qeyd edək ki, Aişə Qəddafi 2004-cü ildə BMT-nin xoşməramlı səfiri adına layiq görülmüşdü. 24.12.2011-də hadisələrlə bağlı həmin status onun əlindən alındı.

"Bal tutan barmaq yalayar" deyib atalarımız. Vəzifə balının dadı Qəddafi ailəsinin damağında necə qalıbsa, barmaq yalamaqla kifayətlənmək istəmirlər.

Elvin Babayev

O.M.