Artıq Məkkədə 2 milyondan artıq insan eyni anda ibadət edəcək

Artıq Məkkədə 2 milyondan artıq insan eyni anda ibadət edəcək

29 Sentyabr 2011 15:22
Bəyəndim (0) Bəyənmədim (0)
"Müqəddəs məscidin inşası" adlı sənədli filmi türk çəkir

Məkkədə 2 milyon nəfərin eyni anda ibadət etməsi üçün yeni layihə həyata keçirilir. Genişləndirmə məqsədli bu layihənin üstəlik sənədli filmi də çəkilir.

Kral Abdulla bin Əbdüləzizin təşəbbüsü ilə start verilən layihənin sənədli filmi bir türkə əmanət edilib. Əldə etdiyimiz məlumata görə, hazırda Məkkə 3-cü dəfə genişləndirilir. 10 futbol meydanından daha böyük olacaq olan Məkkədə eyni anda 2 milyondan artıq insan ibadət edə biləcək. Burada 1.5 milyon nəfərə təmiz hava verən kondisionerlər, vakkumlu zibil qutuları, yağış sularını kanalizasiyaya axıdan xüsusi qurğular, 50 metrlik çətirlər, 400 kv. metrlik namaz otaqları, karbon qazının səviyyəsini minimuma endirən cihazlar - ümumiyyətlə, son texnologiya dedikdə ağla gələ biləcək hər bir şey Məkkənin yeni proyektində istifadə ediləcək.

O ki qaldı filmə, 60 dəqiqəlik sənədli filmin rejissoru Koray Demirdir. Ərəbistan başda olmaqla dünyanın 20 ölkəsində çəkiləcək olan film üzərində 25 nəfər işləyir. Bəzən elə olur ki, 50 dərəcəlik istilərdə heyət əllərini kameralara belə uzada bilmirlər. Ancaq yenə də irəliləyirlər...

4-5 ildən sonra bitəcək olan layihədən sonra Məkkənin yeni halı ilə bu səhifədə görüşənədək...

Günel Həbib

O.M.