Sabahdan hava şəraiti kəskin dəyişəcək

Sabahdan hava şəraiti kəskin dəyişəcək

29 Sentyabr 2011 14:12
Bəyəndim (0) Bəyənmədim (0)
Yağış yağacaq, güclü külək əsəcək

Sentyabrın 30-da Abşeron yarımadasında güclü gilavar küləyinin oktyabrın 1-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun xeyli enəcəyi, arabir yağış yağacağı, oktyabrın 2-də yenidən arabir güclənən gilavar küləyinə keçəcəyi gözlənilir. Belə təzadlı dəyişkən hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18, gündüz 24-29 dərəcə təşkil edəcək. Azərbaycanın rayonlarında sentyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə təşkil edəcək.

Arzu edirik ki, başınızın üzərini heç zaman qara buludlar almasın.

Günel Həbib

O.M.