Oğurluq etmiş məcburi köçkünlər tutulub

Oğurluq etmiş məcburi köçkünlər tutulub

29 Sentyabr 2011 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Şəkidə mal-qara oğurluğu ilə məşğul olan iki məcburi köçkün tutulub. Əslən Laçın rayonundan olan, hazırda Şəkinin Çayqovuşan qəsəbəsində məskunlaşan məcburi köçkünlər Ələkbərov Əli Şəmsi oğlu, Qasımov Murad Möhübbət oğlu, Ələkbərov Seymur Çərişin oğlu və Qədirmalıyev Xudayar Əli oğlu ərizə ilə Şəki Polis Şöbəsinə müraciət edərək özlərinə məxsus iri buynuzlu mal-qaranın oğurlandığını bildiriblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, yuxarıda adı çəkilən şəxslərə məxsus ümumilikdə 10 baş iri buynuzlu mal-qaranı əslən Kəlbəcər rayonundan olan, hazırda Bərdə rayonunda məskunlaşan məcburi köçkünlər, 1958-ci il təvəllüdlü Kazımov Fərman İslam oğlu və 1971-ci il təvəllüdlü Zamanov Asəf Astan oğlu oğurlayıb. F. Kazımov və A. Zamanov Şəki rayonu ərazisində tutularaq istintaqa təhvil edilib. Faktla bağlı cinayət işi qaldırılıb.

Oğru doğru qarşısında aciz qaldı.

Tofiq Əliyev

O.M.