"Oskar"ın "şərəfli qonağı" siçan qocalaraq öldü

"Oskar"ın "şərəfli qonağı" siçan qocalaraq öldü

29 Sentyabr 2011 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Təəccüblü gözləri və sevimli üz ifadəsi ilə məşhur olan Haydi adlı siçan 3.5 yaşında öldü. İtaliyanın "La Repubblica" qəzetində yer alan xəbərə görə, çox yaşlandığından heç hərəkət edə bilməyən siçan acı çəkməsin deyə sahibləri tərəfindən zəhərli iynə ilə öldürüldü. İnternetdəki sosial şəbəkələrdə görüntüləri yayımlandıqdan sonra populyarlaşan Haydi oyuncaq firmalarına ilham olmuş, hətta "Oskar" tədbirinin "şərəfli qonağı" belə olmuşdu.

Günel Həbib

O.M.