S.Ərəbistanında maşın sürən qadın şallaqlanmayacaq

S.Ərəbistanında maşın sürən qadın şallaqlanmayacaq

29 Sentyabr 2011 10:49
Bəyəndim (0) Bəyənmədim (0)
Kral Abdulla qadınlara yaşıl işıq yandırdı

Səudiyyə Ərəbistanının kralı Abdulla maşın sürən qadınların 10 dəfə şallaqlanması qərarını ləğv etdi. Rusiyanın Корреспондент.net saytının yerli mənbələrə istinadən yaydığı xəbərdə bildirilir ki, hökumət rəsmiləri yeni qərarın qüvvəyə mindiyini təsdiqləyirlər.

Xatırladaq ki, bu ilin iyul ayında Səma Həssəniyyə adlı qadın Ciddə şəhərinin küçələrində maşın sürdüyü üçün cəzaya məhkum olmuşdu. Ümumiyyətlə yeni qanun qüvvəyə minənədək maşın sürən qadınlar hüquq mühafizə orqanları tərəfindən günlərlə saxlanılırdılar.

Bizdə isə maşın sürməyən qadına rəfiqələri pis baxırlar...

Günel Həbib

O.M.