Bəhreyn geri addım atıb

Bəhreyn geri addım atıb

15 Aprel 2011 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bəhreyn hökuməti geri addım atmaq məcburiyyətində qalıb. Belə ki, hökumət ABŞ və müttəfiq ölkələrin tənqidlərindən sonra şiələrin partiyası olan "Vifak" partiyasını bağlamaq qərarını dəyişib.

Bəhreynin rəsmi kütləvi informasiya vasitələrinin yaydığı məlumatda bu partiyalar haqqında aparılan cinayət işi bitənə qədər hər hansı bir addım atılmayacağı bildirilib.

Frans-press agentliyinin yaydığı məlumatda Ədalət və İslam İşləri Nazirliyinin müxalifət partiyaları olan Vifak və İslami Hərəkat partiyasını bağlamaq qərarı bildirilmişdi. Səbəb kimi bu partiyaların konstitusiya və krallıq qanunlarını pozması göstərilmişdi.

Bağlanma qərarına cavab olaraq isə Vifak parlamentdəki millət vəkillərini geri çağırmışdı.

Siyasi partiyalar sünni-şiə məzhəbləri üzrə formalaşdıqca Yaxın Şərq ölkələrində heç bir demokratiyadan, inkişafdan danışmaq olmaz...

Elvin Babayev

O.M.