Ordumuzun əsgəri vəfat edib

Ordumuzun əsgəri vəfat edib

29 Sentyabr 2011 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında ordumuzun səhhətində problemlər yaranmış əsgəri Türkiyənin Gülhanə Əsgəri Tibb Akademiyasına yola salınan zaman Heydər Əliyev Beynəlxalq Hava Limanında vəfat edib. Əsgər Novruzov Eldar Qədir oğlunun vəziyyəti qəflətən pisləşib və o həyatını itirib.

Qeyd edək ki, əsgər Novruzov Eldar Qədir oğlu müalicəsini davam etdirmək üçün bu gün ona təhkim olunan həkimlə birgə Gülhanə Əsgəri Tibb Akademiyasına yola salınacaqdı. Bununla bağlı müdafiə naziri Səfər Əbiyev göstəriş vermişdi.

Allah rəhmət eləsin.

Tofiq Əliyev

O.M.