Oğurluqda təqsirli bilinərək tutulan muğam ifaçısı sərbəst buraxılıb

Oğurluqda təqsirli bilinərək tutulan muğam ifaçısı sərbəst buraxılıb

29 Sentyabr 2011 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda külli miqdarda pul oğurluğunda təqsirli bilinərək tutulan tanınmış muğam ifaçısı Səfa Məmmədov sərbəst buraxılıb. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, "Xalq Ulduzu" musiqi yarışmasının iştirakçısı olmuş Səfa Məmmədov 2011-ci ilin iyul ayında Qaraçuxur qəsəbə sakini İlkin Yusifovun mənzilindən 60 min manat və 20 min dollar oğurlamaqda təqsirləndirilir. Uzun müddət davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində S. Məmmədov sentyabrın 27-də tutulub. Sentyabrın 28-də isə barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün S. Məmmədov Suraxanı Rayon Prokurorluğuna aparılıb. Lakin prokuror S. Məmmədovun həbsinə təqdimat vermədiyi üçün o, zaminə buraxılıb. Polisdən həmçinin bildirilib ki, S. Məmmədov barəsində başlanmış cinayət işi üzrə istintaq davam edir. Xatırladaq ki, S. Məmmədov oğurladığı pulun 52 min dollarına "Range Rover" markalı maşın alıb. Həmin maşın hazırda Suraxanı Rayon Polis İdarəsində saxlanılır. Qeyd edək ki, pul oğurluğunda təqsirli bilinərək tutulan S. Məmmədov ötən gün sərbəst buraxıldıqdan sonra mətbuata açıqlama verərək, həbs edilmədiyini, barəsində yayılan məlumatların isə yalan olduğunu bildirib.

Adın çıxınca canın çıxsın, deyiblər.

Tofiq Əliyev

O.M.