Yeni və müasir poçt qutularının quraşdırılmasına başlanıb

Yeni və müasir poçt qutularının quraşdırılmasına başlanıb

28 Sentyabr 2011 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC-nin poçt şöbələrində yeni və müasir poçt qutuları qurulacaq. Artıq Bakının bir neçə poçtunun qarşısında yeni qutular quraşdırılıb. Yeni poçt qutuları müasir səviyyədə hazırlanmış beynəlxalq standartlara uyğun avadanlıqlardır.

Gələcəkdə Azərbaycanın rayonlarında da yeni poçt qutuları quraşdırılacaq. Yeni poçt qutuları poçt sisteminin yenidənqurma işləri çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, müasir poçt qutularının özəlliyi həmin qutuların günəş enerjisi yığaraq gecələr işıqlanmasıdır.

Dəyişək, inkişaf edək.

Tofiq Əliyev

O.M.