Ölkə ərazisində qeyri-sabit hava gözlənilir

Ölkə ərazisində qeyri-sabit hava gözlənilir

28 Sentyabr 2011 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Gecə 14-19, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 30-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşam havanın tutqun olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı proqnozlaşdırılır. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi

ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19, gündüz 22-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 29-da hava əsasən yağmursuz olacaq. Cənub-qərb, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır.

Sentyabrın 30-da bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin axşam şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 13-17, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 20-25 dərəcə isti olacaq.

Havanın necə olmasından asılı olmayaraq, çalışın sağlam qalın.

Tofiq Əliyev

O.M.