İki neftçi platformadan dənizə düşərək boğulub

İki neftçi platformadan dənizə düşərək boğulub

28 Sentyabr 2011 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzər dənizində bədbəxt hadisə baş verib. Bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən bildirilib. Hadisə sentyabrın 27-dən 28-ə keçən gecə Neft Qaz Çıxarma İdarəsinin (NQÇ) Xəzər dənizində yerləşən 14 saylı platformasında qeydə alınıb. NQÇ-nın iki əməkdaşı - 1971-ci il təvəllüdlü Quliyev Hüseyn Yaşar oğlu və 1985-ci il təvəllüdlü Əliyev Vüqar Qəzənfər oğlu ehtiyatsızlıqdan dənizə düşərək boğulublar. Həyata keçirilən tədbirlər nəticəsində onların hər ikisinin meyiti dənizdən tapılaraq çıxarılıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Heç kəs fəlakətdən sığortalanmayıb. Buna baxmayaraq, hər zaman ehtiyatlı olmaq lazımdır.

Tofiq Əliyev

O.M.