İndoneziyada məscidə bombalı  basqın olub

İndoneziyada məscidə bombalı basqın olub

15 Aprel 2011 12:18
924
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyanın qərbində, Cava əyalətinin Sirebon kəndində yerləşən məscidə bombalı hücum olub.

İlkin məlumatlara görə, hadisə zamanı 1 nəfər ölüb, 17 nəfər isə yaralanıb. Polisin verdiyi məlumata görə, cümə namazından sonra təşkil olunmuş bombalı hücumda yalnız mülki vətəndaşlar xəsarət alıb.

Məscidin bir polis idarəsinin yaxınlığında yerləşməsi haqqında da məlumat verilib. Hücumun nə səbəbdən təşkil olunması haqqında hələ ki məlumat yoxdur. Terror aktını isə heç bir təşkilat öz üzərinə götürməyib.

Məscid Allah evi sayılır. Bura hücum edilirsə, deməli, kütləvi fəlakətlər, dağıntılar heç də təəccüblü görünməməlidir.

Hafiz Əhmədov

O.M.