Müəmmar Qəddafi  paytaxt Trablus küçələrində poza verib

Müəmmar Qəddafi paytaxt Trablus küçələrində poza verib

15 Aprel 2011 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bir qədər əvvəl məlumat vermişdik ki, dünən Liviya bombalanan zaman prezident Qəddafi cəsarətli olduğunu nümayiş etdirmək üçün küçəyə çıxıb, özü də kabriolet maşında.

Belə ki, Liviya telekanalı Müəmmar Qəddafinin üstüaçıq idman maşını ilə paytaxt Trablus küçələrində tur atdığı haqqında video görüntü yayımlayıb. Telekanalda verilən kadrlarda Qəddafinin başında papaq, gözlərində qara eynək, əynində qara jaket olub. Video görüntüdə Qəddafinin yumruqlarını maşının pəncərəsindən yuxarı qaldırdığı da göstərilib.

Bu videonun NATO-nun Trablusa hava hücumundan bir neçə dəqiqə əvvəl çəkildiyi məlum olub.

Yəqin Qəddafi ona görə papaq geyinib ki, başına bomba dəyməsin. Eynəyi də o səbəbdən taxıb ki, bombardman edən təyyarələrin pilotları onu tanımasınlar. Jaket isə hər ehtimala qarşı bronijilet funksiyasını daşıyıb. Öz aramızdır, yaman qəribə adamdır bu Qəddafi...

Hafiz Əhmədov

O.M.