Bakıda küçədən yeni doğulmuş uşaq tapılıb

Bakıda küçədən yeni doğulmuş uşaq tapılıb

28 Sentyabr 2011 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Bakıda Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun (OMD) qarşısında bir ayı hələ tamam olmamış qız uşağı aşkarlanıb. Dərhal əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Körpənin kimin tərəfindən həmin əraziyə atıldığı məlum deyil. Uşağın valideynləri tapılmasa, o körpələr evinə veriləcək. Fakta bağlı araşdırma aparılır.

Heç bir sevgi, şəfqət, ananınkının yerini tuta bilməz. (Onore De Balzak)

Tofiq Əliyev

O.M.