Bakıda “VAZ 2107” “QAZel”ə çırpıldı

Bakıda “VAZ 2107” “QAZel”ə çırpıldı

28 Sentyabr 2011 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Yasamal rayonunda İlqar Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomaşın hərəkətsiz vəziyyətdə dayanan "QAZel" markalı yük maşınına çırpılıb. Minik maşını toqquşmadan sonra da hərəkətini davam etdirib və bir qədər irəlidəki yol nişanını, daha sonra isə ağacını aşırıb. Avtomobil yalnız kənarındakı daş hasara çırpıldıqdan sonra dayanıb. Hadisə nəticəsində "VAZ 2107"nin sürücüsü ilə yanaşı maşında olan sərnişin xəsarət alıb. Onlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanların həyatı üçün təhlükə olmasa da, vəziyyətləri ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılıb.

Sürmə 100, yaşa 100.

Tofiq Əliyev

O.M.