Qubada “UAZ” 12 metr hündürlükdən dərəyə yuvarlanıb

Qubada “UAZ” 12 metr hündürlükdən dərəyə yuvarlanıb

28 Sentyabr 2011 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

Qubanın ucqar dağ kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun məlumatına görə, Quba-Qarxun yolunun 51-ci kilometrliyində, Quba rayonunun Söhüb kəndi ərazisində sərnişin daşıyan "UAZ" markalı avtomobil içərisində olan 6 nəfərlə birlikdə 12 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza nəticəsində avtomobilin sürücüsü Quba rayonunun Zərdabi qəsəbə sakini 1962-ci il təvəllüdlü Dəmyalov Cəfər Dəmyar oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər bir ailənin 5 üzvü Valeh Xanbabayev onun həyat yoldaşı Zərif Xanbabayeva övladları İlkin, İsrafil və Şəhriyar müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan bildirilib ki, cərrahiyyə şöbəsinə yerləşdirilən qardaşların vəziyyəti ağırdır. Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

Hərdən sürət çoxalanda ömür qısalır.

Tofiq Əliyev

O.M.