Gürcüstan parlamentində dava düşüb

Gürcüstan parlamentində dava düşüb

27 Sentyabr 2011 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan parlamentinin Suxuminin işğalının 18-ci ildönümünə həsr olunmuş iclasında insident baş verib. 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsində prezident Mixail Saakaşvilini ittiham edən müxalifətçi deputat Petre Mamradze sözünü bitirməmiş Təbii ehtiyatlar və ətraf mühitin mühafizəsi komitəsinin sədri Akaki Boboxidzedən yumruq zərbəsi alıb.

Zalda səs-küy yaranıb, iqtidar deputatları Mamradzeni Moskvanın sifarişini yerinə yetirməkdə ittiham ediblər. Dalaşan deputatları ayırıblar. Bir neçə dəqiqə sonra parlamentin sədri David Bakradze çıxışını tamamlaması üçün P. Mamradzeyə söz verib. Daha sonra söz alan A. Boboxidze öz hərəkətinə görə üzr istəsə də, bu üzrü Mamradzeyə deyil, cəmiyyətə ünvanladığını söyləyib.

Söz var insanı yola gətirər, söz var insanı yoldan çıxarar.

Fərid Qurbanov

O.M.