Əl-Qaidə bütün müsəlmanları müharibəyə səsləyib

Əl-Qaidə bütün müsəlmanları müharibəyə səsləyib

15 Aprel 2011 11:31
886
Bəyəndim (0) Bəyənmədim (0)

Əl Zəvahiri bütün müsəlmanları Qəddafiyə və NATO-ya qarşı müharibəyə səsləyib.

Əl-Qaidə terror təşkilatının rəhbərlərindən sayılan Zəvahiri çıxışında düşmən adlandırdığı Qəddafi və NATO qüvvələrinə hücumların təşkil edilməsini istəyib.

ABŞ təhlükəsizlik orqanlarının verdiyi məlumata görə, Əl-Zəvahirinin danışdığı və Liviyaya qarşı hərbi əməliyyatlardan əvvəl çəkilən video görüntü 1 saat 9 dəqiqə davam edib.

Əs Səhab tərəfindən çəkilən videoda Əl-Zəvahiri, "İstər Liviya, istər Tunis, istərsə də Suriyadakı qardaşlarıma demək istəyirəm ki, əgər NATO qüvvələri Liviyaya hücum edərsə bütün müsəlmanları həm Qəddafiyə, həm də NATO-ya qarşı müharibəyə səsləyirəm", - deyib.

Bu da Qərbin növbəti oyunudur. Məqsəd hələ tam idarə olunmayan Liviya müxalifətinə kölgə salmaq və hərbi vəziyyətdə balanslaşdırılma siyasətini qoruyub saxlamaqdır.

Elvin Babayev

O.M.