İsrail öz təmiz-pak "Facebook"unu yaratdı

İsrail öz təmiz-pak "Facebook"unu yaratdı

27 Sentyabr 2011 14:31
Bəyəndim (0) Bəyənmədim (0)
Burada qadınlar və kişilər eyni səhifəyə daxil ola bilməzlər

İsrailin qatı dindar yəhudiləri qadın və kişilərin ayrı-ayrı düymələrlə fərqli səhifələrə daxil ola biləcəyi "Haramlıq, salamlıq" "Facebook"u yaratdılar. 25 yaşlı proqramçı Yakov Svişa yeni "Facebook"una "Faceglat" adı verdi. Hansı ki, "glat" onların dinində ən yüksək səviyyədə istifadə edilən kəlmədir. "Faceglat" qadın və kişiləri bir-birindən ayırmaqla yanaşı eyni zamanda çılpaqlığı ilə seçilən reklamların da görüntülənməsinin qarşısını alır. Svişa yeni icadının "Facebook"a rəqib olmadığını, sadəcə Tanrı qorxusuna sahib təmiz bir versiya olduğunu söylədi.

Dünya qadınsız var ola bilməz, deyirlər. Amma virtualda bu mümkündür.

Günel Həbib

O.M.