Ümumi məzardan 800 nəfərin sümüyü tapılıb

Ümumi məzardan 800 nəfərin sümüyü tapılıb

15 Aprel 2011 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

İraqın qərbindəki Anbar vilayətində çöllükdə tapılmış ümumi məzarlıqdan 800 nəfərdən çox insana aid sümüklər tapılıb. Sümüklərin qadın və uşaqlar da daxil olmaqla kürdlərə və şiələrə mənsub olduğu bildirilib. Bu haqda məlumatı İraqın İnsan Haqları Naziri Kamil Amin söyləyib. Onun sözlərinə görə, cəsədlər Səddam Hüseynin müxaliflərinə aiddir. Cəsədlərin sayının 900-ə qədər artacağını da nazir sözlərinə əlavə edib. Məzardan cəsədlərlə bərabər, 1988-ci ilə aid bir qəzet, dərman, dini kitablar, Həzrəti Əlinin şəkilləri tapılıb. Ümumi məzarın 1980-ci ildən qaldığı məlum olub.

Hələ çox məzarlıqlar tapılacaq, çox sözlər deyiləcək. Axı Səddam sağ deyil ki, ittihamlara cavab verə bilsin...

Hafiz Əhmədov

O.M.