Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

27 Sentyabr 2011 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün axşam saat 20:30 radələrində Bakı-Qazax magistral yolunun 201-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib. Ağcabədi rayon sakini, 1957-ci il təvəllüdlü Əmrahov Əşrəf Niftalı oğlu idarə etdiyi 10-XU-471 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını ilə yolu keçən piyadanı - Beyləqan rayon sakini, 1958-ci il təvəllüdlü Cabbarov Şakir Namaz oğlunu vurub. Ş.Cabbarov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Sürücü sürərkən, piyada gəzərkən ehtiyatlı olmalıdır.

Tofiq Əliyev

O.M.