Bu vəhşilik sonuncu dəfə sərgiləndi

Bu vəhşilik sonuncu dəfə sərgiləndi

27 Sentyabr 2011 12:07
Bəyəndim (0) Bəyənmədim (0)
İspaniya buğa güləşlərindən vaz keçir?

İspaniyanın şərqində Kataloniyada rəhbərlik buğa güləşlərini yasaqladı. Artıq bundan sonra bu bölgədə nə buğa görünəcək, nə də matador. 1 yanvar 2012-ci ildə bütün Kataloniya bölgəsindəki bu tip güləşlər qadağan olunarkən, Barselona da son dəfə matadorları meydana buraxdı. Təxminən 20 min nəfərin izlədiyi "La Monumenta" meydanında "Yaşasın buğa güləşləri", "Azadlıq" kimi şüarlar səsləndi. Xatırladaq ki, haqqında bəhs etdiyimiz meydan 1914-cü ildə inşa edilmiş və ölkənin tarixi binaları arasında yer alır. Hazırda onun gələcəyi naməlumdur. Bəziləri bazar, alış-veriş mərkəzi kimi fikirləri ortaya atsa da, ən gözəl ideya ərəb şeyxindən gəldi. Dubay əmri Məhəmməd Bin Rəşid əl Maktaum məkanı 200 milyon dollar qarşılığında dünyanın ən böyük 3-cü məscidinə çevirmək istəyir. Ancaq son qərar yerli bələdiyyə orqanınındır.

Heyvanı qulağından tanıyarlar, insanı sözündən. (Qırğız atalar sözü)

Günel Həbib

O.M.