Bərdədə qaçırdığı avtomobillə qəza törədən 1-ci qrup əlil ölüb - FOTO

Bərdədə qaçırdığı avtomobillə qəza törədən 1-ci qrup əlil ölüb - FOTO

22 Fevral 2017 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdə rayonunda qaçırdığı avtomobillə qəza törədən 1-ci qrup əlil ölüb. Bərdə rayon sakini 21 yaşlı Nicat Məmmədzadə Bərdə Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, Nicat Məmmədzadə bir neçə gün əvvəl Bərdədə "Köhnə bazar" adlanan ərazidə yolun kənarında dayanmış, rayonun Əliyanlı sakini Fəxrəddin Musa oğluna məxsus 09 BM 430 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobili qaçıraraq qəza törədib. Sürət həddinin aşılması nəticəsində avtomobil ağaca çırpılıb, N. Məmmədzadə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

N. Məmmədzadənin anası Məlahət Məmmədova oğlunun anadangəlmə fiziki qüsurlu, serebral iflic xəstəsi, psixoloji problemlərinin olduğunu deyib. (apa)

Mediainfo.az