Bakıda ağır yol qəzasında 1 nəfər öldü, 3 nəfər yaralandı

Bakıda ağır yol qəzasında 1 nəfər öldü, 3 nəfər yaralandı

27 Sentyabr 2011 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Bakıda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, qəza Sabunçu rayonunun ərazisində, Zabrat-Maştağa yolunda qeydə alınıb. Babayev Vüqar Surxay oğlunun idarə etdiyi "VAZ 21015" və "Mercedes" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ 21015"in sürücüsü Vüqar Babayev dünyasını dəyişib. Digər avtomaşının sürücüsü və qəza zamanı xəsarət alan iki sərnişin 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Yaralılardan ikisinin - Fərhad Məmmədov və Rüstəm Cəbiyevin vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətləndirilir. Həkim Loğman Məmmədovun verdiyi məlumata görə, vəziyyəti ağır olan yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, bir nəfərə isə ambulator müalicə təyin edilib.

Hadisə yerində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparıblar. İlkin araşdırmalardan sonra məlum olub ki, qəza "VAZ 21015"in sürücüsünün qoşa xəttin tələbini pozpraq yolun "Mercedes"ə aid olan hissəsinə çıxması səbəbindən baş verib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.